Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Ağ köynək kəndindən keçən hissəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədli Elvin Vilayət oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. pizza mizza
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız