Youtube Azərbaycan müğənnisinin klipinə +18 tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Youtube Azərbaycan müğənnisinin klipinə +18 tətbiq etdi

Şou

17 Oktyabr 2019 05:44 1393


“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib. İfaçı Oxu.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri  ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib. pizza hut

Müğənni bildirib ki, “YouTube” nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də,  onlar fikirlərindən dönməyiblər.

“O vaxt nə edəcəyimizi bilmirdik, amma klipi yenidən montaj etməyi fikirləşdik. Yeni görüntülər çəkdik və əsas səhnələrdən birini dəyişdirdik, sonra videonu yenidən şəbəkəyə yüklədik”, – Nərmin qeyd edib.

Qeyd edək ki, vokal ifaçısı Nərmin Behbudova “Səs Azərbaycan” musiqi layihəsinin ən parlaq iştirakçılarından biri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!