YPG Hələbdən geri çəkilir

saytların hazırlanması

Evə çatdırılma

YPG Hələbdən geri çəkilir

Dünya

09 Yanvar 2026 17:31 495


Suriya ordusunun Hələb şəhərindəki əməliyyatları nəticəsində YPG/SDG terror qruplaşmasının Fərat çayının şərqinə təxliyəsi başlayıb.

“Yeni Sabah” Anadolu-ya istinadla xəbər verir ki, əməliyyat zamanı terrorçular yalnız yüngül şəxsi silahlarla hərəkət edəcək. 

Hazırda bölgədəki mina və partlayıcılar isə təmizlənir. Dominos pizza

Bəzi YPG/SDG üzvləri təxliyə razılaşmasına baxmayaraq, təhlükəsizlik qüvvələrinə atəş açıblar, lakin heç bir itki qeydə alınmayıb.

Suriya ordusu artıq Əşrəfiyyə və Bəni Zeyd məhəllələrini nəzarət altına alıb, Şeyx Məqsud məhəlləsində isə təxliyəyə hazırlıq davam edir.

BMT Hələbdə artan sivil itkilər və kütləvi köç səbəbilə narahatlığını ifadə edib. Hələb şəhərində terror qruplaşmasının hücumları nəticəsində 9 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb, təxliyə olunanların sayı isə 142 min nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!