Bakının ən böyük gənclik festivalı olan “BİZON ONE WORLD FEST” iyulun 15-16-də “Eldorado Beach”də keçiriləcək.
Yenisabah.az xəbər verir ki, festivalda “Belki üstümüzden bir kuş geçer”, “Aşk durdukça”, “Kafile”, “Ben seni arayamam”, “Haydi, gel içelim” kimi mahnıları ilə könüllərdə taxt quran Türkiyənin “Yüksek Sadakat” qrupu və ifalarında özünəməxsus musiqiləri ilə gənclərin sevimlisinə çevrilən “Mavi Gri” qrupu çıxış edəcək.
Azərbaycanın gənc və populyar adlarından olan reper Paster, Mərdan Kazımov, The Etude Band, Ayna Band, Joseph Abbas, Şahin Əlizadə, İlham, Kadir Özel, Sadiq Abasov, Glass Band, Grey Band, Jafar & Band, Eleven Live Dj Fanur, Dj PASHA, DJ LEO da festivalda çıxış edənlər arasında olacaq. Pepperoni pizza
Bir-birindən dəyərli sənətçilərin səhnə alacağı, 2 gün boyunca davam edəcək və fərqli əyləncələrin yer alacağı tədbir “EVENT OFFICE” tərəfindən keçiriləcək.
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Telegram kanalımız