Yunanıstanın hava məkanı bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstanın hava məkanı bağlandı

Dünya

04 Yanvar 2026 15:15 748


Yunanıstanın hava məkanı tamamilə bağlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Hazırda ölkəyə heç bir təyyarənin daxil olmadığı bildirilir. Səhər saatlarından etibarən Yunanıstan hava məkanında radiostansiya rabitə sistemlərində yaranan texniki nasazlıq səbəbindən uçuşlarda böyük fasilələr yaranıb. Dördpendirli pizza

Afina Nəzarət Mərkəzinin radiotezlik sistemlərindəki problem səbəbindən Afina uçuş bölgəsi xəttində reyslə məhdudlaşdırılıb. Ölkə daxilindəki bütün aeroportlarda uçuş əməliyyatları dayanma vəziyyətinə gəlib.

Sistem problemi səbəbindən daxili və xarici reyslərdə uzunmüddətli gecikmələr və ləğvlər müşahidə olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!