Paytaxt məktəbliləri arasında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yarımfinal mərhələsi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunmuş çempionatın yarımfinal mərhələsi iki gün davam edib.
İlk olaraq yarışda 167, 236 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-humanitar lisey, 160 nömrəli Klassik gimnaziya, “Ankara” liseyi, XXI əsr Təhsil kompleksinin komandaları yarışıblar. Toyuqlu pizza
Növbəti gün paytaxtakı 17, 189-190, 210 nömrəli tam orta məktəblər, 6, 20 və 23 nömrəli məktəb-liseylərin komandaları görüşüblər.
Nəticələrə əsasən, 17, 189-190, 167 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-humanitar lisey, 6 və 23 nömrəli məktəb-liseylər, XXI əsr Təhsil kompleksinin komandaları finala vəsiqə qazanıb.
Komandaların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Telegram kanalımız