Yutub Navalnının ən çox izlənilən videosunu əngəllədi

saytların hazırlanması

Evə çatdırılma

Yutub Navalnının ən çox izlənilən videosunu əngəllədi

Maraqlı

08 Fevral 2021 15:30 883


Yutub rusiyalı müxalifətçi Aleksey Navalnının 27,6 milyon baxış sayı olan “Mən qatilimə zəng etdim. O etiraf etdi” videosuna girişə əngəl qoyub.

Yenisabah.az xəbər veir ki, buna səbəb video sahibinin “ViacomCBS” mediakonqlomeratının müəlliflik hüquqlarını pozması göstərilib.

Videonun məhz hansı fraqmentinə görə bloklandığı dəqiq məlum deyil. Pepperoni pizza

“ViacomCBS” “Paramount Pictures”, MTV, “Nickelodeon” və digər film və televiziya şirkətlərinin video istehsalı hüquqlarına sahibdir.

Qeyd edək ki, dekabrın 21-də Aleksey Navalnı öz yutub kanalında ifşaedici videoçarx yayımlayıb. Videoda Navalnı zəhərlənməsinin arxasında Federal Təhlükəsizlik Xidmətinin bir qrup zabitinin dayandığını iddia edib. Hətta müxalifətçi onu öldürmək istəyən FTX zabiti olduğu güman edilən şəxslə telefonla danışıb. O, Navalnını öldürmək niyyətində olduğunu təsdiqləyib. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!