“Yuventus“ Poqbanı almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

“Yuventus“ Poqbanı almaq istəyir

İdman

30 İyun 2022 10:52 646


"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə gedən danışıqlardan söz açıb.

Yenisabah.az xəbər verir ki, o, danışıqlarda irəliləyiş əldə etdiklərini deyib: 

“Danışıqlar yaxşı gedir. Bu sövdələşmə kommersiya nöqteyi-nəzərindən də daxil olmaqla, "Yuventus" üçün vacibdir". Marqarita pizza

Daha əvvəl "Yuventus" və Poqbanın əməkdaşlıq şərtləri barədə razılığa gəldiyi bildirilirdi. Müqavilə gələn ay rəsmi olaraq elan ediləcək. Futbolçu İtaliya klubuna azad agent kimi keçəcək. Poqba ötən mövsüm bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!