Zakir Həsənov NATO Baş Katibinin müavini ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov NATO Baş Katibinin müavini ilə görüşdü

Siyasət

25 Oktyabr 2019 17:33 983


Brüsselə səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Baş Katibinin müavini Mirça Coane ilə görüşüb.

Müdafi Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə öz minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.

Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!