Zakir Həsənovun iki müavininin postu ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənovun iki müavininin postu ləğv edildi

Maraqlı

28 İyul 2023 10:51 35443


Müdafiə nazirinin müavinlərindən ikisinin postu ləğv edilib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, indiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi postları nazirin müavinləri idi. Dəyişikliklərə görə, hər iki post ləğv edilib və nazir müavini siyahısından çıxarılıb.

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini, şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Nazir müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. pizza hut

Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!