Zakir Həsənovun Türkiyəyə səfəri başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənovun Türkiyəyə səfəri başa çatdı

Maraqlı

02 Sentyabr 2023 10:20 396


Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. pizza

Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra birgə xatirə şəkli çəkdirilib.

Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib.

Sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!