Zamiqin etirafı və ondan əvvəl olanlar -   Məşhurlarımızın ailə “sirr”ləri

saytların hazırlanması

Evə çatdırılma

Zamiqin etirafı və ondan əvvəl olanlar - Məşhurlarımızın ailə “sirr”ləri

Şou

04 Noyabr 2019 09:07 1458


Bütün dünyada olduğu kimi, Azərbaycanda da  məşhurların şəxsi həyatı hər zaman  maraq dairəsində olub. Bir neçə gün öncə müğənni Zamiq Hüseynov ailə həyatı ilə bağlı etiraf edib. Tanınmış ifaçı bir müddət əvvəl gizli şəkildə ikinci dəfə evləndiyini etiraf edib. Onun bu evlilikdən 1 ay əvvəl oğlu Zeyn dünyaya gəlib. 

Bəs görək yerli şou-biznesdə kimlər neçə dəfə ailə qurub? Onların üzə çıxan hansı ailə sirləti olub?

“Yeni Sabah”  bir neçə dəfə ailə quran bəzi məşhurlarımızın siyahısını təqdim edir: Pepperoni pizza

Xalq artisti Flora Kərimova - Xanım müğənni 3 dəfə ailə həyatı qurub. Sonuncu evliliyindən Zümrüd adlı qızı var. 3 dəfə ailə həyatı yaşamasına baxmayaraq, 78 yaşlı ifaçı hazırda tək yaşayır.

Xalq artisti Niyaməddin Musayevin də bir neçə dəfə ailə quran sənətçilərdəndir. Deyilənə görə, müğənni ilk evləndiyi xanımı hətta analıq hüququndan da məhrum edib.

Rəqqasə-aktrisa Oksana Rəsulovanın da ailə həyatı müzakirə olunanlar sırasındadır. O, 3 dəfə ailə həyatı qurub. Sonuncu dəfə repçi Elşad Xose ilə qalmaqallı şəkildə boşanmışdı. Hazırda Oksananın bir oğlu var.

Daima diqqət mərkəzində olan Nura Suri də bir neçə dəfə ailə həyatı quran məşhurlarımızdandır. Xanım müğənni 3 dəfə rəsmi nikaha girib. Nura Suri 3 oğul anasıdır.

Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.

Müğənni Təranə QumralMusa Musayev – hər iki məşhurun ilk evliliyi uğursuz olub. Bir neçə il sonra isə Təranə Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə, vətəndaş nikahında yaşayırlar.

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evli olub. Onlar qalmaqallı şəkildə də boşanıblar. Kərim ikinci dəfə qonşuları Təranə adlı xanımla evlənib, bir oğlu var.

Müğənni Vasif Məhərrəmli iki dəfə evlənib. Onun birinci həyat yoldaşı xəstəlik nəticəsində vəfat edib. İkinci toyu isə  mediadan gizli Tovuz rayonunda baş tutub. 

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu da ikinci dəfə ailə quranlar siyahısındadır. Birinci evliliyindən sonra o, uzun müddət Xalq artisti Aygün Kazımova ilə vətəndaş nikahında yaşayıb. Namiq xanım ifaçı ilə ayrılandan sonra yenidən ailə həyatı qurub.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!