Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürdü

Kriminal

04 Noyabr 2022 19:01 1162


Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaqatala rayon prokurorluğundan bildirilib.

Məlumata görə, noyabrın 04-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sezar pizza

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!