Zaqatalada 68 yaşlı kişini maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada 68 yaşlı kişini maşın vurdu

Hadisə

24 May 2025 00:46 640


Zaqatalada 68 yaşlı kişini maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə mayın 23-ü axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Rayonun Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub. Dördpendirli pizza

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarət alan U. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!