Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.
FHN-dən "Yeni Sabah"a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.
Telegram kanalımız