Zaqatalada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Hadisə

05 May 2025 22:49 304


Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib. Sezar pizza

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!