Zaurla Günay Azərbaycanı tərk edir? - Özü AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Zaurla Günay Azərbaycanı tərk edir? - Özü AÇIQLADI

Şou

18 May 2025 15:54 3494


Tanınmış aparıcı Zaur Bəxşəliyev son günlər mediada və sosial şəbəkələrdə onun və həyat yoldaşı Günay Bəxşəliyevanın ölkəni tərk edəcəkləri ilə bağlı yayılan məlumatlara sərt şəkildə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki. Zaur yayılan iddiaların tamamilə əsassız və yalan olduğunu deyib:

"Hara gedirik? Bunu kim uydurub? Biz müğənni də deyilik ki, toylarımızın qabağını alsınlar. Bu cəfəng xəbərləri necə uydururlar, başa düşə bilmirəm. İki il əvvəl də bu cür xəbər yayılmışdı, o zaman da ATV təkzib etmişdi. Özünü peşəkar adlandıran insanlar belə yalan məlumatları niyə qabardır? Bizi tanıyan, çalışdığımız kanalın abu-havasını bilənlər anlayır ki, bu xəbərlərin məqsədi nədir." Pepperoni pizza

Zaur Bəxşəliyev bildirib ki, onların ölkəni tərk etmək fikri yoxdur:

"Biz heç yerə getmirik, harasa getmək niyyətimiz də yoxdur. Biz vətənimizi sevirik. Bəli, gəzməyə gedirik. Əgər hansısa planımız olsa, açıq deyərik."

Aparıcı eyni zamanda, media sahəsində uzun illər davam edən fəaliyyətlərini də xatırladıb:

"Mən 23 ildir, Günay isə 19 ildir bu sahədəyik. Allah nəsib eləsə, bundan sonra da bir o qədər fəaliyyət göstərmək istəyirik"./  Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!