Zaxarova: “Bölgənin yataqları ilə bağlı məsələ nizamlanmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: “Bölgənin yataqları ilə bağlı məsələ nizamlanmalıdır“

Rəsmi

22 Dekabr 2022 15:30 854


“Regionun filiz yataqlarının işlənilməsi ilə bağlı məsələdə fikir ayrılıqlarının nizamlanması vacibdir”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı vəziyyətin de-eskalasiyası üzərində işləməyi davam etdirir: “Onların səyləri sayəsində dekabrın 16-da qazın verilməsi bərpa olunub. Təcili tibbi yardım maşınları daxil olmaqla, humanitar təyinatlı avtonəqliyyatın hərəkəti bərpa olunub. Vəziyyətin yaxın vaxtlarda həllinə ümid edirik. Tərəfləri üçtərəfli bəyanatlara müvafiq olaraq, öz üzərlərinə götürdükləri öhdəliklərə ciddi riayət etməyə çağırırıq”. Dominos pizza

M. Zaxarova Laçın dəhlizində vəziyyətlə bağlı bundan əvvəl mövqe bildirdiklərini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!