Zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir -   Nə edək?

saytların hazırlanması

Evə çatdırılma

Zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir - Nə edək?

İqtisadiyyat

04 Noyabr 2024 12:18 1187


Çox vaxt zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir. Bu da pulun ya zədəli, ya da saxta olduğu arqumentini ortaya çıxarır. Zədəli olduğu təqdirdə isə nağd alış-verişlərdə bu əskinaslardan istifadə edirik. Ancaq əskinas istifadəyə yararlı olmadığı təqdirdə nə edəcəyimizi bilmirik.

Bəs zədələnmiş əskinaslar hansı halda qəbul edilir? Köhnə, dövriyyədən çıxarılan pulları da dəyişmək mümkündürmü?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, pulun dəyişdirilməsi üçün Mərkəzi Bank tərəfindən müvafiq şərait yaradılıb: Pepperoni pizza

Zədələnmiş pul əskinaslarını ödəniş aparatları qəbul etmir. Nə edək?"Əgər pul əskinaslarının 60% -dan çox olmayan hissəsi zədənməmişsə, seriya nömrələrinin ən azından biri görünürsə dəyişdirilə bilər. Bəzi hallarda pulların iki yerə bölünməsi halı ilə rastlaşırıq, bu zaman hər iki seriya nömrəsi görünürsə pulun dəyişdirilməsi mümkündür. Köhnə pulları da müraciət əsasında dəyişdirmək olar. Ümumiyyətlə, pullar dövriyyədən tədricən, müəyyən zamanla çıxarılır. Və yaxud son dəyişdirmə tarixi qoyulur ki, bu tarixədək dəyişmək mümkün olsun.

Mərkəzi Bankın pul dəyişdirmək üçün yerləri rayonlarda da mövcuddur. Bakıda isə Bülbül prospekti 27-də yerləşən Mərkəzi Bankın bölməsində pul dəyişdirmək mümkündür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!