Zəfər Günündə avtoxuliqanlıq edən şəxslər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Zəfər Günündə avtoxuliqanlıq edən şəxslər həbs olundu

Kriminal

14 Noyabr 2022 11:15 685


Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər veror ki, Göygöl rayon sakini Elşən Məmmədov 8 noyabr - Zəfər Günündə “Niva” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa, polis əməkdaşları tərəfindən Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ-2107” markalı avtomobil ilə təhlükəli manevrlər etməsi aşkar olunub. Marqarita pizza

Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs ardıcıl olaraq 25 və 20 sutka inzibati qaydada həbs edilib.

Qanunla qadağan edilməsinə baxmayaraq sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü isə cərimə edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!