Zəhra diləndirilən zaman tapılıb –   Foto

saytların hazırlanması

Evə çatdırılma

Zəhra diləndirilən zaman tapılıb – Foto

Sosial

06 İyun 2019 13:49 2557


İtkin düşən 4 yaşlı Zəhra Nizami rayonu ərazisində diləndirilən zaman tapılıb.

İyunun 4-də axşam saatlarında naməlum şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılıb.

Zəhranı öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar. Dördpendirli pizza

Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.

Musavat.com xatırladır ki, son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, "Vorovski" kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!