Zelenski bunkerini göstərdi - “2 il burada yaşamışam”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski bunkerini göstərdi - “2 il burada yaşamışam”

Dünya

24 Fevral 2026 12:26 340


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki Bankova küçəsində yerləşən bunkerini göstərən video mesaj paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, videoda bunkerin içərisində "Ukrayna Prezidentinin Ofisi" və "Nazirlər Kabineti" yazıları olan lövhələr də var.

"Burada çox iş görülüb. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik", - deyə Zelenski 2022-ci ilin fevral ayında baş verən hərbi əməliyyatlara toxunaraq bildirib. Pepperoni pizza

Videoda Zelenskinin münaqişənin əvvəlində digər liderlərlə telefon danışıqları apardığı ofisi də görünür.

Ukrayna Prezidenti əlavə edib ki, hərbi əməliyyatların əvvəlində bunkerdə "yüzlərlə insan" olub.

Bir gün əvvəl V. Zelenski bunkerdə 2 il yaşadığını və prezident aparatında işlədiyini bildirib. İndi isə o, sığınacağa yalnız gecə hava hücumları zamanı endiyini deyir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!