Zelenski: Əliyevə zəng etdim

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Əliyevə zəng etdim

Siyasət

14 Noyabr 2025 16:34 441


"Mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım".

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, sosial şəbəkə hesabında qeyd edib: "Mən onun xalqımıza verdiyi dəstəyə və başsağlığına görə minnətdaram. Ötən gecə rusiyalılar ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərədn istifadə ediblər. Təəssüf ki, dağıntılar və xəsarətlər var, o cümlədən Azərbaycan səfirliyində. Cənab Prezident bu zərbələri pisləyib və vurğulayıb ki, bu, rusiyalıların səfirlik binası və Azərbaycanla əlaqəli digər obyektlərin ilk dəfə hədəfə götürməsi deyil. Dominos pizza

Biz ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını da müzakirə etdik. İkitərəfli əməkdaşlığımızın bütün sahələrində həqiqətən yaşıl işıq yanır. Güclü potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!