Zelenski İlham Əliyevə məktub yazdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski İlham Əliyevə məktub yazdı

Siyasət

27 May 2019 13:23 1046


Ukrayna prezidenti Vladimiz Zelenski Azərbaycan Prezidenti  İlham Əliyevə məktub ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, Zelenski həmkarını Respublika Günü münasibəti ilə təbrik edib:

Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin. Toyuqlu pizza

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!