Zelenski Kuşner və Uitkoffla telefon danışığı apardı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Kuşner və Uitkoffla telefon danışığı apardı

Siyasət

06 Dekabr 2025 22:54 965


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.

"Mən indicə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla Stiv Uitkoff və Cared Kuşnerlə uzun və məlumatlı telefon danışığı apardım. Çox məzmunlu və konstruktiv söhbətə görə minnətdaram", - Zelenski təfərrüatları açıqlamadan yazıb. Dominos pizza

O, əlavə edib ki, ABŞ ilə danışıqlar üçün növbəti addımlar və formatlar barədə razılıq əldə olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!