Zelenski: Müharibənin bitməsinə dair ən çətin məsələ müzakirə ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Müharibənin bitməsinə dair ən çətin məsələ müzakirə ediləcək

Dünya

07 Yanvar 2026 14:52 414


Ukrayna ilə ABŞ arasında son iki gündə aparılan danışıqların 3-cü sessiyası keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Bu gün Rustəm Umerov mənə Ukraynanın Fransadakı danışıqlar heyətinin işi barədə hesabat təqdim edib. ABŞ Prezidentinin nümayəndələri ilə daha bir danışıqlar baş tutacaq ki, bu da son 2 gündə üçüncü belə sessiya olacaq. Müharibənin başa çatması ilə bağlı əsas çərçivə üzrə ən çətin məsələlərin - Zaporojye Atom Elektrik Stansiyası və ərazilər barədə fikir mübadiləsi aparılmasını gözləyirik”, - Zelenski qeyd edib. pizza sifarişi

Ukrayna lideri əlavə edib ki, bugünkü görüşdə Ukraynanı Rustem Umerov, Andrey Qnatov, Kiril Budanov, Sergey Kislitsiya, David Araxamiya və Aleksandr Bevz təmsil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!