“Zelenski Yeni ildə istefa verəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Zelenski Yeni ildə istefa verəcək”

Siyasət

30 Noyabr 2025 23:57 1041


Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib.

O, Zelenskinin “artıq davam etmək istəmədiyini” irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib. Siyasi texnoloq ehtimal edir ki, dekabrın 15-dək atəşkəs rejiminə nail olunacaq, Yeni il çıxışı zamanı isə Zelenski vətəndaşlara müraciət edərək postunu tərk etdiyini elan edəcək. pizza hut

Xatırladaq ki, daha əvvəl Ukrayna liderinə alternativ olaraq ölkənin Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının adı çəkilmişdi. “The Sunday Times” nəşri onun Zelenskiyə ən yaxın reytinqə malik şəxs olduğunu bildirmişdi./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!