Ukraynanın Prezidenti Vladimir Zelenski İrana qarşı sərt bəyanatla çıxış edib.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Vladimir Zelenski İranın “Boeing 737” təyyarəsinin vurulması ilə tam etiraf tələb edib.
“Ukrayna İrandan “Boeing 737” təyyarəsinin vurulmasına görə günahını tam etiraf etməsini tələb edir”, - deyə Ukrayna Prezidenti vurğulayıb. pizza hut
Vladimir Zelenski daha sonra bildirib: “Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqəti də özü ilə gətirdi. Beynəlxalq komissiya öz işini bitirməmiş İran günahını etiraf edərək Ukrayna təyyarəsini vurduğunu bildirdi. Lakin biz İranın günahın tamamilə etiraf edilməsini tələb edirik”.
Ukrayna Prezidenti əlavə edib ki, İrandan tam və açıq istintaq aparılmasına təminat verməsini, günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların cəsədlərinin qalıqlarının qaytarılmasını, həlak olan şəxslərə görə kompensasiya ödənilməsini, diplomatik kanallar vasitəsi ilə rəsmi üzrxahlıq etməsini gözləyir.
Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. Lakin hadisənin qəza deyil, qəsd olduğu barədə iddialar səsləndirilir və İran təyyarəni raketlə vurmaqda ittiham edilir.
Telegram kanalımız