Zəlzələ Azərbaycanda da hiss edilib

Zəlzələ Azərbaycanda da hiss edilib

Sosial

06 Fevral 2023 13:45 527


Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss olunub. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, zəlzələ Naxçıvan və Lənkəranda hiss edilib. Qurban Yetirmişli qeyd edib ki, məsafə uzaq olduğundan zəlzələnin təsiri az olub. 

“Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşdır. Davamiyyəti 9 dəqiqədən artıq olub. Bu, çox böyük göstəricidir”, - deyə baş direktor əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!