Zəlzələdə valideynlərini itirən uşaqları necə övladlığa götürmək olar? – Qanun nə deyir?

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələdə valideynlərini itirən uşaqları necə övladlığa götürmək olar? – Qanun nə deyir?

Sosial

10 Fevral 2023 11:09 2368


Türkiyədə baş vermiş zəlzələ zamanı valideynlərini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı çoxsaylı müraciətlər sosial şəbəkələrdə yer alır. Türkiyə milli qanunvirciliyinə əsasən, övladlığa götürülmə “Türk Mədəni Qanunu” ilə tənzimlənir. 

Bundan əlavə Türkiyə Konstitusiya Məhkəməsinin də övladlığa götürmə ilə bağlı qərarları var. 

Yenisabah.az Türkiyə qanunvericiliyənə əsasən övladlığa götürmə “Türk Mədəni Qanunu”nda nəzərdə tutulan şərtləri təqdim edir:  Dördpendirli pizza

Maddə 305 - Yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsi: bir il müddətində övladlığa götürənin himayəsində və təhsil alması şərtilə həyata keçirilir. İstənilən halda övladlığa götürmə yetkinlik yaşına çatmayanın xeyrinə olmalı və övladlığa götürənin digər övladlarına haqsız olaraq zərər vurulmamalıdır.

Maddə 306 - Ər-arvad yalnız birlikdə övladlığa uşaq götürə bilərlər; Evli olmayanlar birlikdə övladlığa götürə bilməzlər. Ər-arvad ən azı beş il evli və ya otuz yaşına çatmış olmalıdırlar. 

Maddə 307 - Evli olmayan şəxs otuz yaşına çatıbsa, uşağı tək övladlığa götürə bilər. Otuz yaşına çatmış şəxs iki ildən artıq müddət ərzində əri ilə birgə yaşamırsa məhkəmə qərarı ilə uşağı tək övladlığa götürə bilər.

Maddə 308- Övladlığa götürülən övladlığa götürəndən ən azı on səkkiz yaş kiçik olmalıdır. Fərqləndirmə qabiliyyətinə malik olan yetkinlik yaşına çatmayan uşağı onun razılığı olmadan övladlığa götürmək olmaz. Qəyyumluqda olan yetkinlik yaşına çatmayanlar yalnız qəyyumluq orqanlarının icazəsi ilə övladlığa götürülə bilər.

Maddə 309 - Övladlığa götürmə yetkinlik yaşına çatmayanın valideynlərinin razılığını tələb edir. Bunun üçün məhkəmədə razılıq şifahi və ya yazılı şəkildə qeydə alınır. Övladlığa götürənlərin adları göstərilməsə və ya övladlığa götürənlər hələ müəyyən edilməmiş olsa belə, verilən razılıq daim etibarlıdır.

Maddə 310- Bu icazə yetkinlik yaşına çatmayan uşağın doğulmasından altı həftə keçməmiş verilə bilməz. Razılıq qeyd edildiyi gündən altı həftə ərzində eyni prosedurla geri götürülə bilər. 

Maddə 314 - Ana və atanın hüquq və vəzifələri avtomatik övladlığa götürənə keçir. Övladlığa götürülən övladlığa götürənin varisinə çevrilir. Övladlığa götürülənin yaşı azdırsa, övladlığa götürənin soyadını alır. Övladlığa götürən istəsə, uşağa yeni ad verə bilər. Yetkinlik yaşına çatmış övladlığa götürülən zaman arzu edərsə, övladlığa götürənin soyadını götürə bilər. 

Maddə 316 - Övladlığa götürməyə yalnız vacib hesab edilən hər cür vəziyyət və şərtlərin hərtərəfli araşdırılmasından, övladlığa götürənin və övladlığa götürülənin dinlənilməsindən və zəruri hallarda ekspertlərin rəyindən sonra qərar verilir.

Tədqiqatda övladlığa götürənin şəxsiyyəti və sağlamlığı, qarşılıqlı münasibətləri, iqtisadi şəraiti, təhsil qabiliyyəti, övladlığa götürülmə səbəbləri, ailə münasibətləri tam aydın olmalı və təmin edilməlidir. 

Övladlığa götürənin öz övladları varsa, onların övladlığa götürmə ilə bağlı münasibəti və düşüncələri də qiymətləndirilir.

Çoxsaylı prosedurlar onu göstərir ki, qısa müddətdə Türkiyə vətəndaşı olan uşağın övladlığa götürülüb Azərbaycana gətirilməsi real görünmür. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!