"Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi Naira Zohrabyan müxalifətin mitinqindəki çıxışı zamanı Sünik (tarixi Zəngəzur) vilayətinin Qafan rayonunun Çakaten kəndinin Azərbaycana təhvil verildiyini açıqlayıb.
Yenisabah.az verir ki, müxalifətçi hazırda telekom operatorlarının qüllələrdəki antenaları sökdüklərini söyləyib.
Bundan əlavə, kəndlilərə icmanın Azərbaycana köçürülməsi barədə xəbərdarlıq edildiyini bəyan edib. pizza mizza
Ermənistan mediası rus sərhədçilərinin Qafanın cənubundakı yolda nəzarəti ələ keçirdiklərini və postlarının Çakaten kəndi yaxınlığında yerləşdiriləcəyini yazıb.
Yerli inzibati idarəetmə dairələri məlumatı təkzib edir. /Publika.az
Telegram kanalımız