Zərdab DYP-nin rəisi işdən çıxarılma xəbərini təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Zərdab DYP-nin rəisi işdən çıxarılma xəbərini təkzib etdi

Sosial

29 Mart 2019 18:18 2733


Bəzi KİV-lərdə Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Rəşad Xəlilovun vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

"Yeni Sabah"ın məlumatına görə, Rəşad Xəlilov zerdab.com saytına açıqlamasında işdən çıxarılması barədə yayılan məlumatı təkzib edib.

Bölmə rəisi məzuniyyətdə olduğunu bildirib: “Hazırda məzuniyyətdəyəm və işdən çıxarılmağım barədə məlumatın əsası yoxdur”. pizza

Qeyd edək ki, polis kapitanı Rəşad Xəlilov 2015-ci ilin noyabr ayında Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubov Rəşad Xəlilovu “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!