Zeynəb Xanlarovanın xidməti avtomobilinə cərimə yazıldı

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarovanın xidməti avtomobilinə cərimə yazıldı

Maraqlı

09 Yanvar 2024 21:20 868


Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın xidməti avtomobili barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

“Qaynarinfo”nun məlumatına görə, Zeynəb Xanlarovanın Dövlət Ansamblının adına olan avtomobili barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. pizza sifarişi

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!