“Zirə” Boludakı ilk yoxlama matçında uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” Boludakı ilk yoxlama matçında uduzdu

İdman

29 İyun 2022 20:57 784


Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Koru" otelin meydançasında baş tutan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada hesabı "Zirə" açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qələbə qazanıb. pizza mizza

Qeyd edək ki, "Zirə"nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!