“Zirə” “Kəpəz”i məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” “Kəpəz”i məğlub etdi

İdman

26 Aprel 2025 22:33 455


Misli Premyer Liqasının XXXII turunda daha bir görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada "Kəpəz" "Zirə"ni qəbul edib.

Oyun Bakı klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Toyuqlu pizza

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!