Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. "Zirə" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Komandalar hərəyə 2 dəfə fərqlənməklə xalları yarı bölüblər.
"Sabah" isə "Qəbələ" ilə 3 xal uğrunda mübarizə aparıb. Görüşdə hesabı meydan sahibləri açsa da, qonaqlar ikinci hissədə 2 qol vuraraq qələbə qazanıblar. Marqarita pizza
Qeyd edək ki, "Səbail" - "Keşlə" və "Neftçi" - "Qarabağ" matçlarında hesab açılmamışdı.
3 noyabr (bazar)
15:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qol: M.Kqasvane, 3, R.Qadze, 57 - P.Babayi, 28 (pen), Ə.Ağayev, 81
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Qəbələ” – “Sabah” - 1:2
Qol: D.Volkov, 43 - C.İmamverdiyev, 53, Ekşteyn, 73
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
Telegram kanalımız