“Zirə”nin yeni baş məşqçisi müəyyənləşdi –   Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Zirə”nin yeni baş məşqçisi müəyyənləşdi – Rəsmi

İdman

09 Oktyabr 2019 14:35 1006


“Zirə”nin yeni baş məşqçisi məlum olub.

“Yeni Sabah” klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Zaur Həşimov çalışdıracaq. 

Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. O, bu vəzifədə dünən istefaya göndərilən Samir Abasovu əvəzləyib. pizza sifarişi

Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Zaur Həşimov daha əvvəl 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!