Zlatan İbrahimoviç qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Zlatan İbrahimoviç qayıdır

İdman

21 Noyabr 2019 12:25 1767


Dünyaca məşhur isveçli futbolçu Zlatan İbrahimoviç sabiq klubu “Milan”a qayıda bilər.

“Yeni Sabah” xəbər verir ki, İtaliya nəhəngi 38 yaşlı hücumçuya “elçi düşüb”. 

Sözügedən ölkənin mətbuatında bildirilib ki, “Milan” rəhbərliyinin İbrahimoviçin meneceri Mino Rayola ilə görüşdüyü bildirilir. “Qırmızı qaralar” isveçli hücumçuya 1,5 illik müqavilə təklif etməyə hazırlaşır. Pepperoni pizza

2010-2012-ci illər aralığında “Milan” formasını geyinən İbrahimoviç 85 oyuna 56 qol vurub.

Hazırda “Los Anceles Qalaksi”yə məxsus olan hücumçunun müqaviləsi dekabrın sonuna qədərdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!