Zökəmin qarşısını alan tərəvəzlər

saytların hazırlanması

Evə çatdırılma

Zökəmin qarşısını alan tərəvəzlər

Sağlamlıq

20 Mart 2021 12:29 1054


“Zökəmə qarşı spreylərin və ya damcıların nəzarətsiz istifadəsi xəstəliyin vəziyyətini daha da pisləşdirə bilər. Dərmanlar burunun axmasını aradan qaldırmağa kömək edir, ancaq selikli qişanın normal fəaliyyətini poza bilər”.

Yenisabah.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor-otorinolaringoloq Serqey Kosyakov bildirib.

Onun sözlərinə görə, tərkibində fitontsid və bioaktiv maddələr olan məhsullar zökəmin qarşısını ala bilir: Dördpendirli pizza

“Qırmızı və uzun soğan, turp, ağ turp, qırmızı turp, adi qıtıqotu və zəncəfil buraya daxildir. Ancaq onların hamısı mədəni qıcıqlandırır və acqarına istehlak edilməsi tövsiyə edilmir. Soyuqdəymədən sürətlə sağalmaq üçün bəlğəmin əmələ gəlməsinə və qalınlaşmasına kömək edən qidaları, yağlı süd məhsulları, yarı bişmiş ət məhsulları, xəmir xörəkləri, ağ çörək, nişastalı qidalar, xüsusən də kartofu müvəqqəti olaraq qəbul etməmək məsləhətdir”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!