Zoomarket sahibini bıçaqlayıb 14 min manatını alanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Zoomarket sahibini bıçaqlayıb 14 min manatını alanlar saxlanıldı

Kriminal

15 Yanvar 2020 08:46 1325


Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

"Yeni Sabah"a daxil olan məlumata görə, naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. pizza mizza

Qedək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

     


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!