Zukerberq Bezosu geridə qoydu - Milyarderlər SİYAHISI 

saytların hazırlanması

Evə çatdırılma

Zukerberq Bezosu geridə qoydu - Milyarderlər SİYAHISI 

İqtisadiyyat

04 Oktyabr 2024 12:54 1535


"Bloomberg Billionaires Index"in son reytinqinə əsasən, milyarderlər arasında ilk üç dünya liderində dəyişiklik olub. 

Yenisabah.az xəbər verir ki, “Meta Platforms” şirkətinin həmtəsisçisi və rəhbəri Mark Zukerberq sərvətinə görə “Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezosu geridə qoyub və reytinqdə ikinci yeri tutub. 

İndi Zukerberqin sərvəti 206,2 milyard dollar qiymətləndirilir ki, bu da üçüncü yerə enmiş "Amazon" rəhbərinin sərvətindən 1 milyard dollar çoxdur. Bununla belə, Zukerberq hazırda İlon Maskın tutduğu birinci yerdən hələ də uzaqdır: onları təxminən 50 milyard dollar ayırır.  pizza sifarişi

Tədqiqatçılar qeyd edirlər ki, bu il Mark Zukerberq sərvətini 78 milyard dollar artıra bilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!