1 suala 2 nəfər kövrəldi - Video

saytların hazırlanması

Evə çatdırılma

1 suala 2 nəfər kövrəldi - Video

Şou

15 İyun 2023 13:52 985


Əməkdar artist Dilarə Əliyevanın bəstəkar Xanım İsmayılqızına verdiyi sual hər iksini kövrəldib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sözügedən anlar “Söhbət var” verilişində yaşanıb.

“Şeirlərin “bir küçə, ölüm və adamsızlıq” deyirsiniz, burada nə demək istədiniz” sualına “Kövrəlmək istəmirəm, qısa şeirdir. Yazıb yaşadığım şeirlərimdəndir. Onu yazandan sonra həmin hadisə başıma gəlib. Adamsızlığı, həmin itkini yaşadım. Onu demək istədim ki, küçə, ölüm və adamsızlıq. Yəqin ki gedənlər belə gedir” sözləri ilə cavab verib. Dominos pizza

Verilişdə qonaq olan aktyor Kamran Ağabalayev isə Dilarə Əliyevaya yaşadığı itkini nəzərdə tutaraq “Bu situasiyalardan alnıaçıq necə çıxmaq olar” sualını ünvanlayıb.

D. Əliyeva deyib: “Həyat bizi sınayır. Vacib olan bu sınaqdan üzü və alnıaçıq çıxmağımızdır. Hər şeyə rəğmən biz güclü olmaq, yarım qalan işləri tamamlamaqla, ruhları şad, qalanların gününü xoş etməklə alnıaçıq çıxmalıyıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!