“Hesab etmirəm ki, Araik Arutyunyan təzyiq altında istefa verib”.
Yenisabah.az "Azadlıq Radiosu"nun erməni xidməti – “Azatutyun”a istinadla xəbər verir ki, bu sözləri qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayan deyib.
O bildirib: “İkincisi, bu sürpriz deyildi, 10 gün əvvəl demişdim ki, Arutyunyan getməlidir, başqa yolu yoxdur, çünki siyasi və hər hansı xarici qüvvə onu dəstəkləmir. O, problemləri həll etməyə çalışmır və getməyə məcbur olacaq. Yaradılan vəziyyət, “hakimiyyət”in siyasi həll yollarına getməsi böhrana gətirib çıxardı və o, getməli oldu, başqa çarəsi yox idi. İndi isə o, məcbur edildiyini iddia edir”. Dördpendirli pizza
Baş verənlərin çevriliş olmadığını söyləyən Babayan əlavə edib ki, Araik Arutyunyan Bako Saakyan və Arkadi Qukasyanla razılaşdırılmış qərar verib, lakin onu buna heç kim məcbur etməyib.
Telegram kanalımız