10 manatlıq şirkətlə 1.6 milyonluq müqavilə

saytların hazırlanması

Evə çatdırılma

10 manatlıq şirkətlə 1.6 milyonluq müqavilə

İqtisadiyyat

24 Avqust 2019 16:08 1386


Dövlət şirkəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni “Gravity Ltd” özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir.

1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb.

Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu günyerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhalDövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır. “AzerGold” qanunvericiliyin tələblərinə zidd olaraq hətta alınan malların siyahısını təqdim etməyib. Pepperoni pizza

“Gravity Ltd” şirkəti mal və vəsaitlərin təchizatında böyük təcrübəyə malik deyil. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Gravity Ltd” 12.02.2019-cu il tarixində yaradılıb. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Mahir Müzəffərli Müzəffərli oğludur. /”Marja”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!