10 milyonuncu vətəndaşın atası

saytların hazırlanması

Evə çatdırılma

10 milyonuncu vətəndaşın atası

Sosial

08 Aprel 2019 20:24 835


Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.

 R.Həsənov 1991-ci ilin iyul ayının 18-də anadan olub. O, 2012-ci ildən polis orqanlarında xidmət edir. 2017-ci ilin dekabr ayında ailə həyatı qurub. Hazırda ailəsi ilə birlikdə Bakının Sulutəpə qəsəbəsində yaşayır.  Sezar pizza

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu vətəndaşına ailəsi tərəfindən Mehriban adı qoyulub. 

Azvision.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!