“100 manat vurursan, 50 manat yüklənir” –   Deputat qaz limitinə etiraz etdi 

saytların hazırlanması

Evə çatdırılma

“100 manat vurursan, 50 manat yüklənir” – Deputat qaz limitinə etiraz etdi 

Siyasət

31 Dekabr 2023 18:47 951


Qanun elə qəbul olunsun ki, buna sonradan hansısa bir yamaq vurulmasın.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin son iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Ona görə də qanun layihəsi ilə bağlı hərtərəfli araşdırılma daha yaxşı olar. Biz burada yerli müəsissələrin taleyini düşünməliyik. Sezar pizza

Qaz-işıq məsələsi bu gün insanlar üçün olduqca həssasdır. 

Qaza qoyulan limit ləğv olunmalıdır. Qaz kartına 100 manat vurursan, avtomatik görürsən ki, 50 manat yüklənir. Bu, artıq camaatın cibinə girmək deməkdir.

Axı sən necə mənim vəsaitimin yarısını mənimsəyə bilərsən? Ona görə də limitlə bağlı məsələlərə də aydınlıq gətirilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!