“100 min manata gücüm çatmaz” – Mələkxanım Əyyubova 

saytların hazırlanması

Evə çatdırılma

“100 min manata gücüm çatmaz” – Mələkxanım Əyyubova 

Mədəniyyət

11 Avqust 2022 15:37 2939


Xəbər verdiyimiz kimi, mərhum xanəndə, şair Hacıbaba Hüseynovun qavalı satışa çıxarılıb. Xanəndənin qızı onun qavalını nə az, nə çox, 100 min manata satır. O, maddi durumlarının yaxşı olmaması səbəbindən qavalı satmaq qərarına gəldiyini açıqlayıb.

Sənətkarın qızı və nəvəsi qavala Mələkxanım Əyyubova və Zabit Nəbizadə kimi xanəndələrin sahib olmasını istədiklərini qeyd edib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mələkxanım Əyyubova mərhum sənətkarın ailəsinə maddi yardım üçün maraqlı təklif verib: Dominos pizza

“Mən Hacıbaba Hüseynovun qızının qavalın sahibinin mən olması istəməsini oxumuşdum. Hətta bu barədə efirlərdən birində də mənə sual ünvanlandı. Amma nə deyə bilərəm, heç kəsin işinə qarışa bilmərəm. Kiməsə deyə bilmərəm ki, niyə belə edirsən?

Amma mən belə bir təklif irəli sürdüm ki, mərhum sənətkarın şərəfinə bir konsert proqramı hazırlayaq, həmin konsertdə sənətkarlarımızın çoxu iştirak etsin, əldə olunan məbləği də sənətkarın çətin durumda olan ailəsinə ödəyək. Hətta bu konsert bir neçə dəfə təkrarlana bilər, məşhur xanəndələrin konsertləri keçirilə bilər. Amma başqa cür mən təbii ki, bunu bacarmaram. 100 min manat məbləğə gücüm çatmaz”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!