100 yaşlı pianoçunun ürəyinə aparat qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

100 yaşlı pianoçunun ürəyinə aparat qoyuldu

Mədəniyyət

01 Mart 2023 12:33 1951


Dünyaca məşhur türk pianoçu 100 yaşında əməliyyat keçirib. Onun ürəyinə kardiostimulyator aparatı yerləşdirilib. 

Yenisabah.az “Hürriyət”ə istinadla xəbər verir ki, ötən il avqust ayında 100 yaşını qeyd edən İlham Gencerin keçirilən ağır əməliyyatdan sonra vəziyyətinin stabil olduğu bildirilib.

Oğlu Bora Gencer ürək əməliyyatı keçirən atasının səhhəti barədə sosial şəbəkə hesabından paylaşım edib: pizza

“Hər zaman həyata təbəssümlə baxa biləcəyimizi söylədim. Bu gün 100 yaşlı qocaman çinar olan atamız Bozkurt İlham Gencer ürək əməliyyatı olub. Əməliyyat möhtəşəm keçdi. Əməliyyatı edən dəyərli həkimlərimizə sonsuz təşəkkürlər”. 

Pünhan HƏSƏNOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!