115 kubalı həkim Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

115 kubalı həkim Azərbaycana gəldi

Sağlamlıq

13 İyul 2020 15:31 849


COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana dəstək üçün 115 nəfər kubalı həkim artıq paytaxtdadır.

Yenisabah.az xəbər verir ki, həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib. pizza

Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!