“120 min rus arvadı türk ərlərinin boynunda oturub”   - Jirnovski

saytların hazırlanması

Evə çatdırılma

“120 min rus arvadı türk ərlərinin boynunda oturub” - Jirnovski

Maraqlı

27 Aprel 2021 12:43 1368


“Ərdoğan İncirlik bazasını Rusiyaya təhvil verməyə hazır idi”.

Yenisabah.az “Solovyov Live”ə istinadla xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bildirib.

“Solovyev Live”-də danışan Jirinovskinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşü zamanı İncirlik hava bazasını Rusiyaya ötürmə ehtimalına eyham vurub. “Ərdoğan ilə görüşəndə, o, İncirlik bazasını Rusiyaya təhvil verməyə hazır olduğunu söylədi”. pizza

İncirlik hava bazası Türkiyə və ABŞ Hava Qüvvələri tərəfindən ortaq şəkildə istifadə olunur. Co Bayden Osmanlı İmperiyasında “erməni soyqırımı”nı tanıdıqdan sonra bir sıra türk siyasətçilər amerikalılara qarşı sanksiyalar kimi onları bazadan qovmağı təklif ediblər.

Vladimir Jirinovski Rusiyanın Türkiyə ilə razılığa gələ biləcəyinə inanır. Xüsusilə, Ankaranın Krımı Rusiya ərazisi kimi tanıması qarşılığında, Moskva Şimali Kipr Türk Respublikasını tanıya bilər. Liberal Demokrat Partiyasının lideri bildirib: “Ərdoğanın bir xilası var – Rusiya”.

Rusiyalı siyasətçi Ankaranın “Bayraktar TV2” pilotsuz təyyarələrini satdığı Ukrayna uğrunda Rusiya ilə münasibətlərini tamamilə pozmayacağına da əmindir. Onun fikrincə, ABŞ, Rusiya ilə müqayisədə, Ankaranı daha çox təhdid edir, Ərdoğanı “kənarlaşdırması” Ağ Evr üçün sərfəlidir. Buna görə də, Türkiyə Rusiyaya yaxınlaşa bilər.

Jirinovski Türkiyədə Rusiyanın “yumşaq gücü”ünün mövcudluğunu dilə gətirib. “120 min rus arvadı türk ərlərinin boynunda oturub və ailələrə rəhbərlik edirlər”, – deyə siyasətçi zarafat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!